AZ

TAP avqustun sonuna olan qaz tədarükünün ölkələr üzrə bölgüsü ilə bağlı məlumatları açıqlayıb

Bakı. Trend:

2025-ci il yanvarın 1-dən avqustun 31-dək Transadriatik qazkəməri (TAP) vasitəsilə Avropaya 7,41 milyard kubmetr qaz nəqledilib. Bu həcmin 0,66 milyard kubmetri Yunanıstana, 0,58 milyardkubmetri Bolqarıstana, 6,12 milyard kubmetri isə İtaliyayaçatdırılıb.

Bu barədə Trend-insorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildirilib.

“Müqaviləli kommersiya istismarına başlanıldıqdan bəri TAPvasitəsilə 50 milyard kubmetrdən çox qaz nəql edilib. Yalnız avqustayında (1-dən 31-dək) nəql olunan həcmin miqdarı 0,97 milyardkubmetr təşkil edib ki, bunun da təxminən 0,08 milyard kubmetriBolqarıstana, 0,08 milyard kubmetri Yunanıstana, 0,8 milyardkubmetri isə İtaliyaya çatdırılıb”, - deyə konsorsiumdanbildirilib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir vəbeləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatikdənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-ŞərqiAvropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ciilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazıBolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazınındaha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).

Məqalədə:
Seçilən
34
2
az.trend.az

3Mənbələr