Bunu biz ən açıq şəkildə İkinci Qarabağ Müharibəsi zamanı da gördük. Hərbi əməliyyatlarla yanaşı, informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etməyə, ordumuzun iradəsini zəiflətməyə və xalqımız arasında çaşqınlıq yaratmağa yönəlmişdi. Lakin xalqımızın müdrikliyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınının təmin olunması bu cəhdləri boşa çıxardı.
Bugün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı aparılan təxribatçı kampaniyalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Dövlətin gücü təkcə ordusu ilə deyil, həm də informasiya məkanını qorumaq bacarığı ilə ölçülür. Bu səbəbdən hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik:
Paylaşdığımız hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməliyik.
Təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalıyıq.
Özümüzlə yanaşı, ətrafımızdakı insanları da düzgün informasiya istifadəsinə təşviq etməliyik.
Unutmayaq ki, informasiya silahı ya bizim gücümüzə güc qatar, ya da əleyhimizə çevrilər. Seçim bizim əlimizdədir. Gəlin, birlikdə diqqətli olaq, dövlətimizin maraqlarını, xalqımızın təhlükəsizliyini qoruyaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31