BAKI, 11 sentyabr. TELEQRAF
Avropa Qəzza zolağında baş verənləri dayandıra bilmir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi ABŞ-nin İsrail hökumətinə güclü dəstək verməsidir.
"Aİ beynəlxalq arenada Fələstinlilərin hüquqlarını müdafiə etmək üçün fəal rol oynayır. Bu kifayət deyil. Vəziyyət davam edir və biz onu dayandıra bilmirik, çünki ABŞ İsrail hökumətini və onun addımlarını qətiyyətlə dəstəkləyir”.