AZ

Müğənni Ece Seçkin təhdid edən şəxs ev dustaqlığına məhkum edilib

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Ece Seçkin bir müddətdir özünü izləyən, şifahi təhqirlər və ölümlə hədələrlə gündəmə gələn fanatı barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Seçkinin müraciəti əsasında polis tərəfindən aparılan araşdırmalar nəticəsində Əli Uğur S. Bakırköydə saxlanılıb və daha sonra Bakırköy ədliyyəsinə təhvil verilib. Sülh Cinayət Məhkəməsinin qərarı ilə şübhəli ev dustaqlığı və məhkəmə nəzarəti altında olmaqla, ölkədən çıxışına qadağa qoyulmaq şərti ilə sərbəst buraxılıb. Bildirilib ki, Bakırköy Respublika Baş Prokurorluğu məhkəmənin qərarından apellyasiya şikayəti verib. Ece Seçkin hadisə ilə bağlı sosial media hesabında açıqlama verib: “Dörd ilə yaxındır ki, şizofreniya diaqnozu olan bir şəxs məni və ailəmi israrla izləyir, təhqir və təhdid edir. Özünü mənim ərim hesab edir, həyat yoldaşımı izləyir və açıq şəkildə ‘səni öldürəcəm’ kimi mesajlar yazır. Həyatımız kabusa çevrilib. Dəfələrlə şikayət etmişik, amma hələ də ciddi tədbir görülməyib. Xahiş edirəm, bu şəxsin azadlığa çıxmasına imkan verilməsin." Müğənninin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı çağırışlara səbəb olub.

 

Seçilən
108
Ajans.az

1Mənbələr