AZ

Türkiyədə 52 miqrant qaçaqmalçısı və 666 qeyri-qanuni miqrant saxlanılıb

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin 81 şəhərində miqrant qaçaqmalçıları və qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlar nəticəsində 52 nəfər qaçaqmalçılıq təşkilatçısı ilə yanaşı 666 qeyri-qanuni miqrant saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.

Yoxlamalar çərçivəsində 15 min 112 ünvan, o cümlədən 7 min 883 ictimai iaşə obyekti, 483 avtovağzal və 6 min 746 müxtəlif məkan nəzarətə alınıb.

Əməliyyat zamanı 402 mindən çox şəxsin sənədləri yoxlanılıb. Saxlanılan qeyri-qanuni miqrantların ölkələrinə geri qaytarılması ilə bağlı prosedurlar başladılıb.

Yerlikaya əməliyyata qatılan dövlət qurumlarına təşəkkür edərək, Türkiyənin miqrasiya idarəçiliyi sahəsində nümunəvi bir model ortaya qoyduğunu vurğulayıb.

Seçilən
21
turkic.world

1Mənbələr