AZ

CNN: “Respublikaçılar Trampa təzyiq edirlər”

AzVision.az xəbər verir ki, amerikalı qanunvericilərlə söhbətlərə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.

Şimali Karolina ştatından olan senator, Senatın NATO üzrə müşhaidəçilər qrupunun həmsədri Tom Tillis Moskvanın Vaşinqtonu mahiyyətcə manipulyasiya etdiyinisöyləyib.

“Rusiya bizimlə piano kimi oynayır. Putin istədiyi hər şeyi əldə etdi: Prezident Trampla görüş və qırmızı xalça üzərində qəbul, daha sonra Si Cinpin tərəfindən təntənəli qəbul və Kim Çen In ilə danışıqlar. Putinin strategiyası bizi də öz arxasıncaçəkməkdir”,- Tom Tillis deyib.

Tillis vurğulayıb ki, Putinin“Qərb demokratiyasını sarsıtmaq” və “ABŞ-ni zəiflətmək”istəyini etirafetmək lazımdır. Rusiyanın Ukrayna şəhərlərinə kütləvi zərbələrini xatırladan senator Kremlin sülhdə maraqlı olmadığını iddia edib.

Onun bəyanatı NATO-nun qırıcı təyyarələrinin Ukraynaya hücum zamanı Polşanın hava məkanını pozan bir neçə rus PUA-sını vurmasından qısa müddət sonra verilib.

Telekanal xatırladır ki, senator Lindsi Qreminsanksiyaları keçirmək cəhdləri əvvəllər Ağ Evdə buna maraq olmadığına görə dirənmişdi, lakin indi prezidentdən daha sərt mövqe tələb edən respublikaçıların sıraları nəzərəçarpacaq dərəcədə genişlənir.

Bu kontekstdə, Tom Tillisin fikrincə, respublikaçıların rəhbərliyi Lindsi Qrem və demokrat Riçard Blümentalın qanun layihəsini Senata səsverməyə çıxarmalıdır ki, bu da artıq ikipartiyalı geniş dəstək qazanıb. Sənəd ABŞ prezidentinə Rusiyanın enerji resurslarını alan ölkələrdən idxala 500%-ə qədər rüsum tətbiq etməyə imkan verir.

Senatdakı çoxluğun lideri respublikaçı Con Tyun daha əvvəl demişdi ki, administrasiya Moskva ilə diplomatik əlaqələri davam etdirdiyi üçün Senat Ağ Evdən sanksiyalarla bağlı siqnal gözləyir. Bununla belə, Polşadakı insidenti şərh edərkən, o, dron hücumunun məhdudlaşdırıcı tədbirlərlə bağlı“qanunvericiliyin təkmilləşdirilməsinə marağı artırdığını” vurğulayıb.

Telekanalın Ağ Ev administrasiyasının razılığı olmadan təşəbbüsü səsə qoymağa hazır olub-olmayacağı sualına Tyun“Baxarıq. Bəzi məsləhətləşmələrə ehtiyacım var. Amma üzvlərimiz çox maraqlanır. Bu, şübhəsiz ki, ABŞ və NATO müttəfiqlərimizin gücünü sınayan təxribatçı bir hərəkət idi” cavabını verib.

“CNN” vurğulayır ki, Nümayəndələr Palatasının və Senatın Silahlı qüvvələr Komitəsindəki aparıcı respublikaçılar da ABŞ administrasiyasının Rusiyaya qarşı kursunun sərtləşdirilməsinin lehinə çıxış ediblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
54
2
azvision.az

3Mənbələr