Polşa Hava Nəqliyyatı Agentliyi dekabrın 9-dək Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub.
Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yayılıb.
Qeyd olunur ki, Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının tələbi ilə, 10.09.2025-ci il saat 22:00-dan 09.12.2025-ci il saat 23:59-a qədər Polşanın şərq hissəsində hava hərəkətinə qadağa zonası şəklində məhdudiyyət tətbiq ediləcək.
Agentlik aydınlaşdırıb ki, məhdudiyyət hərbi təyyarələrə şamil edilmir. Bu ərazidə mülki dronların uçuşlarına tam qadağa da tətbiq edilir.