AZ

Türkiyədə məşhur kanallar müsadirə edildi

İstanbul Küçükçəkməcə Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırma çərçivəsində Can Holdinq şirkətinə bağlı 121 şirkət müsadirə edilib.

Kulis.az xəbər verir ki, holdinq rəhbərləri barəsində “çirkli pulları yumaq”, “qaçaqmalçılıq” və “cinayətkar təşkilat qurma” ittihamları irəli sürülüb.

Müsadir edilən 121 şirkət arasında Show TV, Show Türk, Habertürk TV, Bloomberg HT, haberturk.com, Habertürk Radiosu, eləcə də bir çox jurnal və internet saytı da yer alır.

Qeyd edək ki,holdinqin sahibi Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla, ümumilikdə 8 nəfər barəsində həbs qərarı çıxarılıb.

Seçilən
35
3
kulis.az

4Mənbələr