AZ

8 ayda 300 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 8 ayında 300 minə yaxın şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Qaziler.az xəbər verir ki, onlardan 109 min şəxs münasib işlərlə təmin olunub, 14,6 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-avqust aylarında 11 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 164,2 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Seçilən
28
6
qaziler.az

7Mənbələr