Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycan Xəzər Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Kəlbəcər” tankerinin istismara verilməsindən 4 il ötür.
ASCO-dan verilən məlumata görə, ötən müddətdə bu gəmi ilə müxtəlif limanlara, ümumilikdə, 61 səfər həyata keçirilib. Həmin səfərlər çərçivəsində tankerlə 384 min 443 ton neft və neft məhsulları daşınıb. Xatırladaq ki, hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7,8 min ton, uzunluğu 141, eni isə 16,9 metrdir.
“Azərbaycan Xəzər Gəmiçiliyi”nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Kəlbəcər” tankeri 2021-ci il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Bütövlükdə, Onu indiyədək zavodda ASCO üçün 4 tanker tikilib və təhvil verilib. Hazırda isə daha 3 tankerin inşası davam etdirilir.
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.