AZ

Dövlət satınalmalarının ÜDM ə nisbəti artıb

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

2024-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi daxili məhsula (ÜDM) və dövlət büdcəsi xərclərinə nisbəti əhəmiyyətli dərəcədə artıb. Newscenter.az xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşları Məcid Miriyev və Nərmin Cəfərova qeyd ediblər. Onların sözlərinə görə, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbəti 1,8 faiz bəndi, xərclərə nisbəti isə 5,3 faiz bəndi artaraq müvafiq olaraq 7,8% və 26,1% təşkil edib. Müəlliflər bildiriblər ki, bu artım həm ÜDM-in, həm də dövlət xərclərinin yüksəlməsi fonunda müşahidə olunub. Yeni qanunun qüvvəyə minməsi isə həm məbləğ, həm də metodologiya baxımından satınalmaların həcmini artırıb.Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumilikdə 19602 dövlət satınalma proseduru baş tutub. Bu göstərici 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artımı ifadə edir. Satınalmaların ümumi məbləği isə 9845 milyon manat olub ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artım deməkdir. Müsabiqə əsaslı satınalmaların sayı artsa da, məbləğ baxımından azalma qeydə alınıb. Əksinə, bir mənbədən satınalma üsulu məbləğ baxımından üstünlük təşkil edib.2024-cü ildə bir mənbədən satınalma metodu üzrə 9781 prosedur keçirilib ki, bu da ümumi sayın 49,9%-ni təşkil edib. Bu üsulla aparılan satınalmaların məbləği 5355 milyon manat olub və ümumi məbləğin 54,4%-ni təşkil edib. Bu metodun geniş tətbiqi əsasən təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%) ilə izah olunur. Qeyd edilib ki, bəzən rəqabət şəraitində də “tək təchizatçı” əsası ilə bir mənbədən satınalma hallarına rast gəlinib.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
newscenter.az

2Mənbələr