AZ

Azərbaycanda 3 nəfəri cərəyan vurub öldürdü

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naftalanda yerləşən sanatoriyada bədbəxt hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, “Möcüzəvi Naftalan” sanatoriyasında çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu cərəyanı vurub. O, hadisə yerində vəfat edib.

Oxşar hadisə Ağdaş rayonunda da baş verib. 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bundan başqa dünən saat 13 radələrində Qusarın Aşağı Ləgər kənd sakini 1992-ci il təvəllüdlü Hacıverdi Səfərov həmkəndlisinə məxsus evdə təmir işləri görərkən elektrik cərəyanı vurmasından vəfat edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr