Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Naftalanda yerləşən sanatoriyada bədbəxt hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, “Möcüzəvi Naftalan” sanatoriyasında çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu cərəyanı vurub. O, hadisə yerində vəfat edib.
Oxşar hadisə Ağdaş rayonunda da baş verib. 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bundan başqa dünən saat 13 radələrində Qusarın Aşağı Ləgər kənd sakini 1992-ci il təvəllüdlü Hacıverdi Səfərov həmkəndlisinə məxsus evdə təmir işləri görərkən elektrik cərəyanı vurmasından vəfat edib.
Hər üç faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.