AZ

Ukrayna Rusiyanın Qara dəniz donanmasının gəmisini dronla vurub - VİDEO

Ukrayna kəşfiyyatçıları Novorossiysk yaxınlığında Rusiya Qara dəniz donanmasının gəmisini dronla vurublar.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 10-da Qara dəniz akvatoriyasında xüsusi təyinatlılar dəyəri 60 milyon dollar olan “gəmiyə uğurla hücum ediblər”. Bu, Rusiya Qara dəniz donanmasına daxil olan çoxfunksiyalı MPSV07 layihəli hərbi gəmidir.

Qeyd olunur ki, MPSV07 layihəli gəmi dalğıc kompleksləri, uzaqdan idarə olunan qurğular, hidrolokator, radioelektron mübarizə vasitələri ilə təchiz olunub və dəniz dibinin tədqiqi üçün istifadə oluna bilər. Hücum zamanı gəmi Novorossiysk körfəzinin girişində patrul apararaq radioelektron kəşfiyyat aparıb.

Seçilən
32
6
apa.az

7Mənbələr