AZ

Nəsimi festivalında “Zamansız və məkansız” sərgisi nümayiş olunacaq

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Nəsimi festivalının maraqlı təqdimatlardan biri də “Zamansız və məkansız” sərgisi olacaq. 

“Qafqazinfo” xəbər verir ki, sərginin açılışı festivalın ilk gününə - sentyabrın 23-nə təsadüf edir. 

Azərbaycan Milli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası və onun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq. Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib. İzləyicilər  Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında, Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyi, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanış ola biləcəklər. 

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitab və digər qiymətli eksponatlar sərgilənəcək. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəlişini izah edəcək. 

Ekspozisiya oktyabrın 23-dək açıq olacaq.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
5
qafqazinfo.az

7Mənbələr