"2025–2026-cı tədris ilində 130 mindən çox şagirdin birinci sinfə başlaması gözlənilir".Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib. Nazir bildirib ki, ümumilikdə növbəti tədris ilində ölkə üzrə 1,6 milyon şagirdin təhsil alacağı proqnozlaşdırılır.İbtidai təhsil 552 min, ümumi orta təhsil 796 min, tam orta təhsil isə 246 min şagirdi əhatə edəcək.Sevinc İbrahimzadə / Metbuat.az