AZ

Qəbələdə “Mercedes” ağaca çırpıldı: 1 ölü, 1 xəsarət alan xilas edildi

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, hadisə Zarağan kəndində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb, nəticədə sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü, 1989-cu il təvəllüdlü Səmədov Elşən Əli oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, sərnişinin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

DOĞRU.AZ

Seçilən
41
12
dogru.az

10Mənbələr