AZ

Ən populyar gəlinlik modelləri AÇIQLANDI

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyada 2025-ci ilin toy mövsümündə gəlinlərin ən çox üstünlük verdiyi gəlinlik modelləri məlum olub. 

Redaktor.az bu brədə Rusiya KİV-ə istinadla xəbər verir.

Ekspertlərin sözlərinə görə, gəlinlərin seçimlərində fərdilik əsas tendensiya olaraq qalır. Ən populyar modellər arasında bədənə oturan paltarlar, A-siluet üslubu və ipek parçadan hazırlanmış gəlinliklər yer alır. Bu modellər zəriflik və təbii görünüşü ön plana çıxarır.

Gəlin bəzəklərində isə minimalizm dəbi davam edir. Daha çox mirvari, incə boyunbağılar və kiçik sırğalar seçilir. Bununla yanaşı, üslubu tamamlayan retrosayağı aksesuarlar, fərqli şlyapalar, korsetlər və boho üslubunda krujevalar da dəbdədir.

Lamoda-nın stilisti Yuliya İsmailovanın sözlərinə görə, əvvəlki illərdəki kimi vahid standart geyim qaydaları artıq dəyişib, onların yerini fərdi zövqləri əks etdirən cəsarətli elementlər tutur.

Aparılan sorğuya əsasən, gəlinlərin 75 faizi öz obrazını peşəkar vizajistlərin köməyi ilə formalaşdırır. Makiyaj trendində isə parıltılı dəri effekti öndədir.

Bəy geyimlərində həm casual üslublu kostyumlar, həm də klasik variantlar aktual olaraq qalır. Toy qonaqlarının geyim üslubunda isə çox vaxt eyni rəng palitrası və axşam ziyafəti üslubu seçilir.

Toy tərzlərində liderlik klassik üsluba məxsusdur – sorğuda iştirak edənlərin 25 faizindən çoxu bu variantı seçib. Provens və minimalizm üslubu da gənc cütlüklər arasında populyarlıq qazanıb.

2025-ci ilin toy mövsümündə rəng palitrasında pastel tonları – krem, çəhrayı və lavanda rəngləri öndədir. Floristikada isə pion, qızılgül və ranunkuluslardan ibarət mövsümi buketlər üstünlük təşkil edir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr