AZ

“Real”ın futbolçusu millimizlə oyunu buraxacaq

Fransa millisinin və “Real”ın ulduz futbolçusu Orelyan Çuameni Azərbaycan yığmasına qarşı oynamayacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb yarımmüdafiəçinin komandasının  dünya çempionatı seçmə mərhələsində üz-üzə gəldiyi Ukrayna görüşündə qırmızı vərəqə almasıdır. Bu səbəbdən də Çuameni ən azı bir oyun cəzalı olacaq.

Fransa millisinin növbəti görüşü isə Azərbaycan yığmasına qarşıdır. Qarşılaşma oktyabrın 10-da, saat 22:45-də start götürəcək.

Seçilən
68
1
idmanxeber.az

2Mənbələr