AZ

Toydan qayıdarkən qəzaya düşən şəxslərin vəziyyəti açıqlandı

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, 10.09.2025-ci il tarixində Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 18 radələrində 4 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.Hazırda 3 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti stabil qiymətləndirilir.Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".(oxu.az)

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
avtosfer.az

5Mənbələr