AZ

Pakistanla ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycan-Pakistan Birgə Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, Azərbaycanın biznes və investisiya mühiti və potensialı barədə məlumat verib. Tərəflər arasında ixrac və investisiya imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kosmetika, qida məhsulları, tekstil, tikinti materialları və kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdən sonra Palatanın nümayəndə heyəti və Azərbaycan sahibkarları arasında B2B görüşlər keçirilib.

Seçilən
32
vergiler.az

1Mənbələr