Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Publika.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd F1 əl qumbarasının gövdə hissəsi, 3 ədəd 100 mm-lik top mərmisi, 1 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 2 ədəd “BMP-1” mərmisi, 6 ədəd 57 mm-lik “ZİS-2” top mərmisi, 37 ədəd 30 mm-lik “AQS-17” mərmisi, 11 ədəd “2A42 BMP-2” mərmisi, 31 ədəd 12 mm-lik “PK” gilizi, 3 ədəd “MVC” tank əlehinə minaatanın partladıcısı, 25 ədəd “2A42 BMP-2” gülləsi, 2 ədəd 76 mm-lik top mərmisinin qalığı, 16 ədəd “RPQ-7” mərmisinin idarə olunmayan mühərriki, 43 ədəd müxtəlif çaplı minaatan mərmisinin arxa pəri və 3 ədəd müxtəlif çaplı mərminin döyüş başlığı olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.