AZ

MİQ imtahanında iştirak qiyməti açıqlandı

Xüsusi kateqoriyadan olan şəxslərin müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə ödənişsiz iştirakı üçün 1 milyon manatdan çox vəsait ayrılıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, imtahanların qiymətinin əlçatan məbləğdə, təxminən 45-60 manat arasında olacağına ümid edir.

Şöbə müdiri əlavə edib ki, MİQ imtahanlarına 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 232 665 manat sərf edilib:

"2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib".

A.Vəliyev vurğulayıb ki,  2015-2024-cü illərdə 45 min nəfərə yaxın müəllim müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub:

"2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub".

Seçilən
10
2
qaziler.az

3Mənbələr