AZ

Ağ Evin ətrafında müdafiə "çəpəri" qurulub


Dünən ABŞ-ın Yuta ştatında Donald Trampın qızğın tərəfdarlarından sayılan sağçı fəal Çarli Kirkin öldürülməsindən sonra Ağ Evin ətrafında müdafiə qurğuları quraşdırılıb və bir neçə küçə bağlanıb. "The Washington Post"-un yazdığına görə, Çarli Kirk Yuta Vadisi Universitetinin kampusunun həyətində çıxış edərkən güllələnib. Güllə onun boynuna dəyib. Fəal daha sonra xəstəxanada vəfat edib.
Şahidlər nəşrə bildiriblər ki, universitetdəki tədbir iştirakçılarının çantaları yoxlanılmayıb. Bununla belə, polis və Çarli Kirkin şəxsi mühafizəçiləri də orada olub.

Mətləb

Seçilən
16
1
baki-xeber.com

3Mənbələr