Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, 506 komandanın daxil olduğu siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.
Siyahıda 38 pillə irəliləyən "Qarabağ" (154,75 xal) 96-cı yerdə qərarlaşıb.
"Sabah" (79,25 xal) 38 pillə geriləyərək 302-ci, "Araz-Naxçıvan" (70,25 xal) 8 sıra irəliləyərək 355-ci olub. "Zirə" (68 xal) isə 274-ci yerdən 380-ci pilləyə düşüb.
Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu (543 xal) başçılıq edir.