AZ

“Müslüm Maqomayev dedi ki, 60 yaşından sonra səni saymayacaqlar”

Rusiyanın Xalq artisti Alla Puqaçova dahi Müslüm Maqomayevlə bağlı maraqlı açıqlama verib.

OLAY yazır ki, Rusiyanı tərk etdikdən sonra ilk dəfə müsahibə verən sənətçi jurnalist Yekaterina Qordeyevaya danışıb.

Söhbət üç saat yarımdan çox davam edib və çox fərqli mövzulara toxunub. O deyib ki, Maqomayev ona vaxtında səhnədən və ictimai həyatdan getməyin vacibliyini xəbərdarlıq edib:

“Məni bu qədər təhqir etmələri… çox sarsıtdı… amma təəccübləndirmədi. Mən bilirdim ki, belə olacaq. Gənc olanda və yeni başlayanda ətrafımda çox ağıllı və istedadlı insanlar vardı. Lidiya Ruslanova, Müslüm Maqomayev, Klavdiya İvanovna Şuljenko kimi. Onların hamısı çox sadə yaşayırdı… Müslüm həmişə deyirdi: “60 yaşında get”. Mən soruşurdum, niyə 61-də yox? O isə cavab verirdi: “And içirəm, 60-dan sonra dəhşət başlayacaq, səni aşağılayacaqlar və saymayacaqlar”. Mən ona inandım və bir damcı da peşman deyiləm. Və anlayıram ki, səhnədən və siyasi arenadan vaxtında getmək lazımdır, sadəcə vaxtında, yoxsa sonra sənin əleyhinə işləyəcəklər”.

Xatırladaq ki, Alla Puqaçova və onun həyat yoldaşı Maksim Qalkin Ukrayna ilə müharibə başlayandan sonra Rusiyanı tərk ediblər. Daha sonra müğənni özü də ərinin ardınca Rusiya hakimiyyətindən onu da “xarici agent” elan etmələrini istəmişdi.

Seçilən
54
5
olay.az

8Mənbələr