AZ

Emin Əmrullayev: Lisey və gimnaziyaların sayının artırılması planlaşdırılır

Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfəyə qədər artıb.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, 2022-2023-cü tədris ilində 15 lisey və gimnaziya, 2023-2024-cü tədris ilində 32 lisey və gimnaziya, 2024-2025-ci tədris ilində 34 lisey və gimnaziya fəaliyyət göstərib. Yeni tədris ili üzrə ümumilikdə 39 lisey və gimnaziya fəaliyyət göstərəcək. Gələcəkdə bu tip müəssisələrin sayının artırılması planlaşdırılır.

Seçilən
15
4
xezerxeber.az

5Mənbələr