Tbilisi, 11 sentyabr, AZƏRTAC
Almaniyanın ölkəmizdəki səfiri Peter Fişer o qədər faciəli insandır ki, qovulmaq onun üçün hədiyyə olardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində söyləyib.
Hökumət başçısının sözlərinə görə, Fişer faciəvi vəziyyətdədir.
“Fişeri qorumaq da faciəvi bir hərəkətdir. Bu barədə xüsusi şərh vermək istəmirəm. O, o qədər faciəvi insandır ki, ölkədən qovulmaq onun üçün hədiyyə olardı”, - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi