Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı qeyd edib.
O bildirib ki, bu qanunsuzdur, ancaq könüllü təmir etmək istədikdə mümkün olar:
"Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət yazır. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edir. Arada konflikt yaranlr. Amma məsələ birmənalı qanunsuzdur".