AZ

İlon Mask yenidən dünyanın ən varlı adamı OLDU

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi olan ABŞ-li sahibkar İlon Mask dünyanın ən varlı adamı adını özünə qaytarıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) nəşri məlumat verib.

Reytinqə görə, Maskın sərvəti hazırda 384 milyard dollar dəyərində qiymətləndirilir.
 

İkinci yerdə bir gün əvvəl qısa müddətə Maskı qabaqlamış proqram təminatı istehsalçısı "Oracle"ın ən böyük səhmdarı və həmtəsisçisi Larri Ellison qərarlaşıb. Jurnalistlər indi onun sərvətini 383 milyard dollar dəyərində qiymətləndirirlər.


Eyni zamanda, ilin əvvəlindən bəri dinamika Maskın xeyrinə deyil. Belə ki, "SpaceX" və "Tesla"nın rəhbəri 48.2 milyard dollar itirib. Eyni zamanda, onun rəqibi 191 milyard dollar zənginləşib.

Üçüncü yerdə 264 milyard dollarla Mark Zukerberqdir.

Xatırladaq ki, daha əvvəl Larri Ellison "Bloomberg" tərəfindən indiyə qədər qeydə alınmış ən böyük sərvət artımını göstərib. 81 yaşlı sahibkar bir gündə 101 milyard dollar qazanıb.

Bizim.Media

Seçilən
36
3
bizim.media

5Mənbələr