AZ

Əhali ərzağa 1,4%, dərmana isə 21% daha çox vəsait xərcləyib


Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.
Bu ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,7%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının payına düşüb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 493,6 manatlıq, o cümlədən 271,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 222,2 manatlıq qeyri-ərzaq malları alıb.  
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin yanvar-avqust aylarında ərzaq məhsullarına sərf olunan vəsait 1,4%, içkilər və tütün məmulatlarına 0,1%, əczaçılıq məhsulları və tibbi ləvazimatlara 21,1%, avtomobil benzini və dizel yanacağın sərf olunan vəsait isə 7,9% artıb.

Elnur Əli
Seçilən
11
2
yeniavaz.com

3Mənbələr