AZ

Dani Kintana: "Onun vasitəsi ilə təbriklərimi çatdırdım" - MÜSAHİBƏ

"Qarabağ" sabiq futbolçusu Dani Kintananın Sport24.az-a müsahibəsi

- Keçmiş komandanın oyunlarını izləyirsən?

- Bəli. "Qarabağ"ın bütün matçlarına baxıram. Həm yerli çempionatdakı, həm də avrokubok görüşlərini izləyirəm. Orada çox xoşbəxt idim. Bu səbəbdən xüsusi sevgi bəslədiyim klubdur.

- "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb. Sənin oynadığın dönəmdə də qrup mərhələsinə yüksəlmisiniz. Bu barədə nə deyə bilərsən?

- Bunun üçün çox xoşbəxtəm. Bu uğurun klub və ölkə üçün necə vacib olduğunu bilirəm. Bundan həzz almalısınız. Çünki dünyanın ən önəmli klub turnirində siz də varsınız. "Qarabağ" orada oynamağa layiqdir.

- "Qarabağ"ın növbəti dəfə bu nailiyyətə imza atacağına inanırdın?

- Hazırda çox yaxşı kollektivləri var. Pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş"la görüşləri də izləmişəm. Cavab qarşılaşmasında məni çox həyəcanlandırdılar. Amma yekunda məqsədlərinə çatdılar və bunun üçün sevinirəm.

- Bəs sabiq komandanı təbrik etmisən?

- Əlbəttə. Klubun tərcüməçisi Elvarla danışmışdım. Onun vasitəsi ilə təbriklərimi çatdırdım.

- Azərbaycanda hansısa futbolçularla əlaqələn qalıbmı?

- Bəli. Mən vaxtaşırı bəzi keçmiş komanda yoldaşlarımla danışıram, söhbət edirəm. Hazırkı heyətdə Şahrudin Məhəmmədəliyevlə əlaqə saxlayıram. Bakı və "Qarabağ"la bağlı çox yaxşı xatirələrim var.

İdman.biz

Seçilən
28
1
idman.biz

2Mənbələr