AZ

Gümrü merinin oğlu SAXLANILDI

Sentyabrın 11-də səhər saatlarında Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan istintaqçının qərarı ilə həbs olunub. Ermənistan DİN faktı təsdiqləyib, İstintaq Komitəsi isə Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndi üzrə cinayət işi açıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, mediada yayılan məlumatlara görə, saxlanma hadisəsi Qukasyanın 1,5 yaşlı övladını uşaq bağçasına apardığı vaxt, digər övladı avtomobildə olduğu halda baş verib.

NEWS.am-a açıqlama verən Vardan Qukasyan hadisəni siyasi təqib adlandırıb: "Oğlumu uşaqların gözü qarşısında, onları bağçaya apararkən saxladılar. O, arxiyepiskop Mikael Ajapaxyanın işi üzrə məhkəmədə idi və əvvəlcədən xəbərdarlıq edilmişdi ki, bu, həbslə nəticələnə bilər. Orada nə baş verdiyini bilmirəm. Bu, diktaturadır, başqa cür adlandırmaq olmaz".

photo_2025-09-11_12-16-15.jpg

Musavat.com

Seçilən
39
1
musavat.com

2Mənbələr