AZ

Latviya Rusiya ilə sərhəddə hava məkanını bağlayacaq

Latviya Rusiya və Belarusla sərhəd üzərində hava məkanını tamamilə bağlayacaq.

Busaat.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin rəhbəri Andris Sprudsa məlumat yayıb.

Onun sözlərinə görə, sentyabrın 11-i sərhəd üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək.

Qeyd edək ki, bir müddət əvvəl Latviyanın Malta kəndində evlərdən birinin üzərində üzərində “Biz ruslarıq. Allah bizimlədir” yazılmış Rusiya bayrağı asılıb. Polis inzibati prosesə başlayıb, bayraq hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Latviyanın 841 Rusiya vətəndaşını ölkədən çıxarmaq planları neonasizmin təzahürüdür. O, qeyd edib ki, qovulmanın heç bir hüquqi əsası yoxdur, əxlaqa və etikaya zidd hərəkətlər baş verir.

Yeganə

 

Seçilən
17
4
busaat.az

8Mənbələr