AZ

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü öz maraqlarına zidd hesab edir

Ukraynanın Avropa İttifaqına üzvlüyü Macarıstanın iqtisadi və təhlükəsizlik maraqlarına qarşıdır.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Baş nazirinin müavini Taras Kaçka ilə görüşü zamanı deyib.

Siyarto özünün “X” hesabında ukraynalı rəsmi ilə görüşü barədə məlumat verib.

“Macarıstan Ukrayna da daxil olmaqla bütün qonşuları ilə yaxşı əlaqələrə malik olmaq istəyir. Amma, bu münasibətlər ən yaxşı formada deyil və buna görə məsuliyyət tamamilə Kiyevin üzərinə düşür” nazir qeyd edib.

Siyarto Zakarpatiyada yaşayan macar icmasının öz dillərində danışmaq hüququndan məhrum edildiyinə toxunub.

“Budapeştdə ikidilli (macar və ukrayn) məktəb açılıb, biz yay düşərgələrində 12.500 ukraynalı uşağa ev sahibliyi etmişib. Problem isə budur ki, 2015-ci ildən bəri Zakarpatiyada yaşayan macarların öz dillərindən istifadə etmək hüququ onlardan alınıb” Siyarto gileylənib.

Seçilən
57
2
apa.az

3Mənbələr