AZ

Aİ Almaniyanın Gürcüstandakı səfirinin müdafiəsinə qalxdı

TBİLİSİ, 11 sentyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyi Almaniya səfiri Peter Fişerə dəstək ifadə edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə nümayəndəliyin “X” hesabında bildirilib.

“Avropa Komissiyasının Ali nümayəndəsi/vitse-prezidentinin mətbuat katibinin bəyan etdiyi kimi, Aİ qurumun və üzv dövlətin Gürcüstanda rolu və fəaliyyətinə dair dezinformasiyanı, əsassız ittihamları rədd edir və qınayır”, - paylaşımda deyilir.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Almaniya səfiri Peter Fişeri ölkədə qarşıdurma yaratmaqda və ektremizmi alovlandırılmaqda ittiham edir. Ötən gün Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq diplomata qarşı davam edən aqressiv ritorikanı qətiyyətlə pisləyib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün jurnalistlərə açıqlamasında deyib ki, P.Fişer 30 il ərzində Gürcüstan və Almaniya arasında qurulmuş ən yaxşı tərəfdaşlığı üç il ərzində məhv etməyə, münasibətləri ən aşağı səviyəyə çatdırmağa nail olub.

Seçilən
72
teleqraf.com

1Mənbələr