AZ

Suriyada Hizbullah üzvləri həbs olunub

Suriyanın paytaxtı Dəməşqdə Hizbullah üzvləri həbs olunub.

APA xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi həbs olunan “şəbəkə üzvlərinin Livanda təlim keçdiyini və Suriyada stabilliyi pozmaq üçün əməliyyatlar planlaşdırdığını” açıqlayıb.

Hizbullah üzvlərində raket atan qurğular, 19 ədəd “Qrad” raketi, zireh əleyhinə raketlər və şəxsi istifadə üçün odlu silahlar aşkarlanaraq götürülüb.

Saxlanılan Hizbullah üzvlərinin sayı barədə məlumat verilməyib.

Seçilən
37
8
apa.az

9Mənbələr