AZ

Nəsimidə oğurluq edən şəxslər saxlandı


Paytaxtın Nəsimi rayonundakı evlərin birindən 1750 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 44 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb.

Rayon ərazisində paytaxt sakininə məxsus çantadan pul, bank kartı və sənəd talamaqda şübhəli bilinən yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

NAMİQ

Seçilən
10
7
baki-xeber.com

10Mənbələr