Latviya hakimiyyəti Rusiya və Belarusla sərhəd üzərində hava məkanını tamamilə bağlamaq qərarına gəlib.
Bakıvaxtı.az Latviyanın "LSM" dövlət televiziyasına istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın müdafiə naziri Andris Sprudsa açıqlama verib.
Onun sözlərinə görə, bu gündən etibarən sərhəd üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək. Hava məkanı ölkənin şərq sərhədindən 50 kilometrlik zonada 6000 metr yüksəkliyə bağlanacaq.
"Bu qərar Latviya Milli Silahlı Qüvvələrinin tövsiyəsi əsasında risklərin qiymətləndirilməsindən sonra qəbul edilib. Hazırda Baltikyanı respublika üçün birbaşa təhlükə olmasa da, qabaqlayıcı tədbirlərə ehtiyac var", - Sprudsa əlavə edib.
Gülşən Şərif