AZ

“Şəhidlər xiyabanı ilə bağlı hansısa məhdudlaşdırma problem yaradacaq”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Şəhidlər xiyabanı ilə bağlı fikirlər səsləndirildi. Təbii ki bu məsələ ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komitə iclasında bildirib.

“Bu, icra xarakterli məsələdir. Buna hansısa bir şəkildə prosedur müəyyən etməyimiz çətindir. Şəhidlər xiyabanı bir deyil, hər şəhərdə var. Buna xüsusi bir qanunla hansısa bir şəkildə məhdudlaşdırma gətirəndə də problem çıxacaq. Bunu insanların mənəvi məsələsi kimi turistlərə başa salmaq daha doğru olar. Hər şeyə qadağa, giriş-çıxış məhdudiyyəti qoyulması ora ucalıq qazandırmır. Buna cəmiyyət ucalıq qazandırsa, yaxşıdır”, - deputat bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycana turist kimi gələn Birləşmiş Ərəb Əmirliyinin 3 vətəndaşı Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etmişdi. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla sözügedən faktla bağlı cinayət işi başlanıb və istintaq orqanının təqdimatı ilə həmin şəxslər barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
7
qafqazinfo.az

9Mənbələr