AZ

Starmer ABŞ-dəki səfiri Epşteynlə əlaqələrinə görə işdən çıxardı

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin ABŞ-dəki səfiri Piter Mandelsonı məhkum olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə işdən çıxarıb.

Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti bildirib ki, bu qərar Mandelsonun Epşteynə bu həftə göndərdiyi elektron məktubların yayılmasından sonra qəbul edilib.

"Piter Mandelsonun elektron məktublarında olan əlavə məlumatları nəzərə alaraq Baş nazir xarici işlər nazirinə müraciət edib və Mandelsonu səfir vəzifəsindən geri çağırmağı xahiş edib", - Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edək ki, C.Epşteyn Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən 2019-cu il iyulun 6-da saxlanılıb. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-nin deyil, həm də keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları da daxil olmaqla bir çox digər ölkələrin fəaliyyətdə olan və istefaya çıxan vəzifəli şəxsləri var idi. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi onun 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etməsindən sonra dayandırılmışdı.//Report

Seçilən
8
5
musavat.com

6Mənbələr