AZ

Liseydə dəhşət: Polis müdaxilə etmədi

ABŞ-nin Kolorado ştatının Evergreen qəsəbəsində bir lisey şagirdi iki dostunu güllələdikdən sonra intihar edib. 

Yaralı şagirdlərdən biri reanimasiya şöbəsində müalicə olunur. 

"Cebheinfo.az" xəbər verir ki, hadisə çərşənbə günü günorta saatlarında Evergreen Liseyində baş verib. Rəsmilər hücumun həm məktəb binasında, həm də onun hüdudlarından kənarda baş verdiyini bildiriblər. 

Şerif İdarəsinin sözçüsü Jacki Kelley polis əməkdaşlarının beş dəqiqə ərzində hadisə yerinə çatdığını və həmin anda hücum edən şəxsi tapdıqlarını açıqlayıb. İki şagird ağır yaralanaraq xəstəxanaya aparılıb. 

St. Anthony Xəstəxanasının nümayəndələri yaralı gənclərdən birinin axşam saatlarında vəziyyətinin stabilləşdiyini və həyati təhlükəsinin olmadığını bildiriblər. Digər şagird isə reanimasiyada müalicə alır. Polis hücuma birbaşa müdaxilə etməyib. 

Təxminən 900 şagirdi olan lisey qəsəbənin mərkəzindən bir mil uzaqlıqda, meşəlik ərazidə yerləşir. Atışmadan sonra valideynlər övladlarını tapmaq üçün yaxınlıqdakı başqa bir məktəbin qarşısında toplaşıblar. 15 yaşlı qızına çata bilməyən Vendi Nueman göz yaşları içində “Telefonuma cavab vermədi. Sonra başqa bir telefondan zəng etdi. "Yaxşıyam" dedi, amma səsi çıxmırdı. Məktəbdən qaçaraq çıxıbmış” sözləri ilə yaşadıqlarını bölüşüb. 

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr