AZ

Polşa Rusiya qarşısında aciz qalıb? (ŞƏRH)

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Polşa ilə bağlı baş verən hadisələr onu göstərir ki, NATO hələlik real döyüş təhdiddinə, müharibənin eskalasiyasına tam hazır deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Ukraynanın Rusiya tərəfindən öz ərazisinə atılan PUA-ın 70-80 faizini zərərsizləşdirə bildiyi halda, NATO üzvü olan Polşanın öz ərazisinə atılan raketlərin cəmi 20 faizini zərərsizləşdirə bilməsini şərh edərkən deyib.

"NATO heç zaman aktiv döyüş fazasında olmayıb. Uzun  müddət oturaq vəziyyətdə olub. Əsasən də lokal əməliyyatlarda iştirak edib. Yəni heç zaman bu qədər ciddi, aqressiv, qəzəbli rəqiblə üz-üzə dayanmayıb", deyə ekspert bildirib.

Həmsöhbətimiz deyib ki, NATO Rusiya-Ukrayna müharibəsi fonunda öz fəaliyyəti və döyüş hazırlığının yeni bir mərhələsini yaşayır:

"NATO-nun döyüş hazırlığının heç də indiyə kimi deyildiyi şəkildə olmadığını son hadisələr də sübut edir. Ordu daim təlimlər keçirməli, öz işini daim müasir dövrün tələblərinə uyğun şəkildə qurmalıdır. Polşa  ilə bağlı baş verənlər onu deyir ki, NATO hələlik real döyüş təhdiddinə, müharibənin eskalasiyasına tam hazır deyil.  Həmin olay NATO üçün ciddi siqnaldır. Bu hadisə NATO-nun  döyüş hazırlığını daim aktiv fazada saxlaması üçün əsaslı zəmin yaradır. Yəqin ki, NATO  yetkililəri bunları analiz edib, müvafiq nəticələr çıxaracaq".

Qeyd edək ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya tərəfindən Polşa ərazisinə PUA-lar atılıb. Polşa rəsmilərinin bildirdiyinə görə, onlar ərazilərinə atılan 19 PUA-nı qeydə alıblar. Polşa və NATO təyyarələri tərəfindən cəmi 3 və ya 4 PUA məhv edilib. Bu isə atılan PUA-ın ümumi sayının cəmi 20 faizi deməkdir. Halbuki Ukrayna müharibə dövründə ərazisinə endirilən Rusiya PUA-nın hər gün 70-80 faizini zərərsizləşdirməyə nail olub.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
qaynarinfo.az

1Mənbələr