AZ

Rəşad Sadıqov bu futbolçuları Qarabağ a qarşı oynada bilməyəcək

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının 4-cü turunda "Qarabağ"ın qonağı olacaq "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Komandada cəzalı oyunçu olmasa da, zədə səbəbindən bir neçə futbolçumuz "Qarabağ"a qarşı oynamayacaq. Diz bağları qopan və bir müddət öncə əməliyyat edilən Abdul Aziz Batibyenin durumu bəllidirsə, Vinsent Till, Fuad Bayramov və Rövlan Muradov da zədəlidirlər. Bəlkə də Rövlan oyunadək sıraya dönə bilər, lakin oynamayacağı daha realdır".

Qeyd edək ki, "Zirə" - "Kəpəz" qarşılaşması sentyabrın 12-də keçiriləcək. "Azərsun Arena"da reallaşacaq matçın start fiti 20:00-da səsləndiriləcək.

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
fanat.az

3Mənbələr