AZ

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr keçirilib

BAKI, TurkicWorld

11 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçi qəbul edib.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında liderlərarası təmasların oynadığı rolun vacibliyi vurğulanıb. Münasibətlərin əsasında duran bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramovun ötən il Serbiya Respublikasının Səfirlər Müşavirəsində iştirak və çıxışı məmnunluqla xatırlanıb.

Tərəflər həmçinin, iki ölkə arasında müxtəlif, o cümlədən enerji, müdafiə, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlıq barədə müzakirələr aparıblar.

Diplomatik akademiyalar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikası tərəfdən isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Seçilən
30
27
turkic.world

10Mənbələr