AZ

Zelenski: Rusiya Polşanın hava məkanını pozmaqla müttəfiqlərin hazırlığını və reaksiyasını yoxlayır

Volodimir Zelenski müttəfiqləri Rusiyanın Polşanın hava məkanını pozmasına daha sərt cavab verməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Ukrayna lideri Finlandiya Prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya bununla Ukraynanın müttəfiqlərinin hazırlığını və reaksiyasını sınaqdan keçirir.

Ukrayna Prezidenti Rusiya dronlarının Polşanın hava məkanını pozmasını Kremlin məqsədyönlü təxribatı adlandırıb.

Ukrayna lideri qeyd edib ki, bu hərəkətlər tərəfdaşları Ukraynaya qış mövsümündə Hava Hücumundan Müdafiə sistemləri verməməyə inandırmağa yönəlib:

“Onlar nümayiş etdirirlər ki, sizə hücum edə bilərlər, buna görə sizə Hava Hücumundan Müdafiə sistemləri lazımdır. Bu, Putinə çox oxşayır”.

Seçilən
37
8
apa.az

9Mənbələr