AZ

Lukaşenko Trampın xahişi ilə həbsdə olan 14 xarici vətəndaşı əfv etdi – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın və bir sıra dünya liderlərinin xahişi ilə 14 xarici vətəndaşı əfv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın “Pul Pervoqo” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında altı Litva, iki Latviya, iki Polşa, iki Almaniya, həmçinin bir Fransa və bir Böyük Britaniya vətəndaşı var.

Qərar “yaxşı niyyət jesti” adlandırılıb və “humanizm prinsiplərindən çıxış edilərək” qəbul olunub.

Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüşüb.

Lukaşenko Donald Trampa dünyanın müxtəlif nöqtələrində sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

ABŞ prezidentinin nümayəndəsi Minskdə keçirilən görüşdə Belarus liderinə Donald Trampın məktubunu çatdırıb.

Məktubda səmimi təbrik və arzular yer alıb.

Xüsusilə məktubda deyilir: “Hörmətli cənab Lukaşenko, Melaniya mənə qoşularaq sizə doğum gününüz münasibətilə ən xoş arzularımızı çatdırırıq.”

Görüş zamanı Lukaşenko və Koul respublikada bir sıra məhkumların azad olunması məsələsini də müzakirə ediblər.

Lukaşenko belə deyib: “Mən yaxınlarda Trampı dinlədim və belə başa düşdüm ki, onu girovlar, yaxud necə deyərlər, siyasi məhbuslar və başqa məsələlər çox narahat edir. Mən etiraz etmirəm. Gəlin bu mövzunu da qlobal şəkildə müzakirə edək.”



Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr