AZ

Rusiyalı qubernatordan ŞOK AÇIQLAMA: Doğumu artırmaq üçün…

Rusiyada, Buryatiya Respublikasının rəhbəri, hakim Vahid Rusiya partiyasının üzvü Aleksey Tsıdenov teleqram kanalında yeni “Podsnyejnık” (“Qardəniz”) adlı uşaq bağçasının açılışı barədə paylaşım edib.

O, “Təhsil inkişafı” adlı milli proqramına və eyni zamanda “dəstəyinə görə” Putinə təşəkkürünü bildirib.

Ardınca isə əlavə edib ki, “əsas vəzifə odur ki, bağça daim uşaqlarla dolu olsun. Bunun üçün isə kişilər “arvadlarını götürüb yataq otağına aparmalıdırlar”.

“Müjiklər (Kişilər-red.), arvadlarınızı qucağınıza alın, yataq otağına aparın … Məncə, anladınız.)) İşləyirik)”, – deyə Tsıdenov gülüş işarəsi ilə birlikdə bunları yazıb.

Qeyd edək ki, 2022-ci ildən bəri hakimiyyət doğum səviyyəsini artırmaq üçün müxtəlif tədbirlər görür: bəzi bölgələrdə uşağın doğulmasına görə ödənişlər tətbiq olunur, özəl klinikalarda abort qadağan edilir, hamiləliyin süni şəkildə dayandırılmasına sövq etməyə görə cərimələr müəyyən edilir.

Məsələ ilə bağlı məmurların açıqlamaları da diqqət çəkir. Məsələn, Kaluga deputatı Yevgeni Rudenko qadınlara “günəşli havalarda daha tez-tez mini yubka geyinməyi” məsləhət görüb.

Dövlət Dumasının deputatı Aleksandr İltyakov isə qadınlara belə bir müraciət edib: “Qadınlar, doğa bildiyiniz müddətcə – boş oturmayın, nəsil artırın!”.

Musavat.com

Seçilən
10
1
editor.az

2Mənbələr