AZ

Ukraynanın Aİ yə üzvlüyü Kiyev üçün ən güclü təhlükəsizlik zəmanətidir Finlandiya Prezidenti

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin təhlükəsizliyinin əsas zəmanətidir.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Ən güclü təhlükəsizlik zəmanəti və Rusiyanın strateji məğlubiyyətinin ən güclü nümunəsi Ukraynanın Aİ-yə üzvlüyüdür. Mənim fikrimcə, bu, göründüyündən daha tez baş verəcək. Əgər biz Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətini istəyiriksə, Ukraynanın tamamilə avropalı olması lazımdır", - A.Stubb vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azpolitika.info

2Mənbələr