AZ

Latviya Rusiya ilə hava məkanını bağlayır

Latviya Rusiya və Belarusla sərhəd üzərində hava məkanını tamamilə bağlayacaq.

Adalet.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin rəhbəri Andris Sprudsa məlumat yayıb.

Nazir bildirib ki, qərar  bu gündən etibarən qüvvəyə minəcək. Onun sözlərinə görə, sərhəddən uçuşlar ən azı bir həftə qadağan ediləcək.

Seçilən
18
3
adalet.az

8Mənbələr